Bu gün Topaz Premyer Liqasında XVII tura start veriləcək

Bu gün Topaz Premyer Liqasında XVII tura start veriləcək
12:23 15 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasında XVII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, “Bayıl Arena”da keçiriləcək matçda “Rəvan” komandası “İnter”i qəbul edəcək.
Qeyd edək ki, bu günədək paytaxt təmsilçiləri doqquz dəfə üz-üzə gəlib. Görüşlərin hamısında qələbəyə sevinən tərəf “İnter” olub. Son turda “Sumqayıt”a məğlub olan baş məşqçi Zaur Svanadzenin rəhbərlik etdiyi komanda səfər görüşündən üç xalla ayrılacağı təqdirdə, azı bir günlük ilk üçlükdə yer alacaq.
Son turlarda xal ehtiyatını artıran “Rəvan” isə qələbə sayəsində sonuncu pillədən yüksələ bilər.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR