Nazir müavini: "Hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır..."

Nazir müavini: "Hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır..."
12:27 15 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, içki içib uğur qazanan adam hələ görməyib:

"Normal adamlar normal formada öz kartı ilə gedib içkisini ala biləcək. Biz istəyirik insanlar küçədən, ordan-burdan mənşəyi bəlli olmayan içki alıb içməsinlər. Ən ucqar dağ kəndlərində belə pos-terminalların quraşdırılmasına həvəsimiz də var, planımız da.

Kimsə spirtli içki satmaq istəyirsə, gəlsin pulsuz pos-terminal alsın, müvafiq lisenziya alsın, sonra ticarətini həyata keçirsin. Vətəndaşlar isə içkiləri kredit, debit və digər ödəniş kartlarından istifadə edərək ala bilərlər. Bizim üçün bu dəyişiklik vergi yükünü artırmaq deyil, nağdsız ödəniş mədəniyyətini formalaşdırmaqdır. Biz zərərli olan məsələlərin həlli üçün bir yerdən başlamalıyıq. Bu gün bəzi yerlərdə, hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR