Azərbaycan Turizm və Menecment Universiteti növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək

12:28 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Dekabrın 19-da Azərbaycan Turizm və Menecment Universitetində “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda ikinci beynəlxalq konfrans keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin 10 illiyinə həsr olunmuş konfransda tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 40-dan çox məruzəsi dinləniləcək, fikir mübadiləsi aparılacaq. Eyni zamanda, XX əsrin fenomeni hesab edilən dünya turizminin XXI əsrdə də dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu prosesə töhfəsi və digər məlumatlar veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR