Rusiya və Çin naviqasiya çipləri istehsal edəcək

Rusiya və Çin naviqasiya çipləri istehsal edəcək
12:36 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İlin sonunadək Rusiya və Çinin peyk naviqasiya sistemlərinin siqnallarının qəbulu üçün mikroçiplərin hazırlanması və istehsalı ilə məşğul olacaq iki yeni birgə müəssisəsinin yaradılması ilə bağlı aparılan danışıqları başa çatdırması gözlənilir.
 
Söhbət eyni anda üç naviqasiya platformasını (Çinin BeiDou, Rusiyanın QLONASS və ABŞ-ın GPS) dəstəkləyən qəbuledicilərin istehsalından gedir. Yeni çiplər ilk növbədə peşəkar qurğular üçün nəzərdə tutulacaq, məhsul satışı üçün əsas bazarların isə Rusiya və Çin olacağı bildirilir.
 
Yeni peyk naviqasiya sistemi qəbuledicilərinin telematik terminallar və “ERA-QLONASS” (bu servisin başlıca vəzifəsi yol-nəqliyyat hadisələrində zərərçəkənlərə, eləcə də yollarda çətinliyə düşən insanlara təcili köməyin göstərilməsidir) cihazlarında istifadəsi planlaşdırılır, - “www.ria.ru” yazır.  



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40380-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR