​54 jurnalist terrorçuların əlində girovdur

12:52 15 Dekabr 2015
14 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu haqda "Sərhədsiz reportyorlar" təşkilatının hesbatında bildirilib.
Hesabata əsasən, onların 26-sı Suriya ərazisində terrorçu İŞİD qruplaşmasının əlində girovdur. Məlumata görə, jurnalistlərin girov götürülməsi hadisələri ötən illə müqayisədə 35 faiz artıb.
"Biz 2015-ci ildə jurnalistlərin oğurlanması və girov götürülməsi hadisələrinin artmasından çox narahatıq. Yəməndə bu il "Əl Qaidə" və husi silahlıları 33 jurnalist oğurlayıb. Hazırda onların əlində 13 jurnalist var", - Kristof Deluar vurğulayıb.
Məlumata görə, 2015-ci ildə azı 8 jurnalist Liviyada itkin düşüb. Qurum bildirib ki, bu ölkədə döyüşlər getdiyindən, onların axtrarışı ilə məşğul olmaq çətinləşib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR