"Müsavat rəhbərliyinin məhkəmədə cavabdeh qismində iştirakını tələb etmək doğru deyil"

"Müsavat rəhbərliyinin məhkəmədə cavabdeh qismində iştirakını tələb etmək doğru deyil"
12:52 15 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müsavat rəhbərliyinin məhkəmədə cavabdeh qismində iştirakını tələb etmək doğru deyil. Müsavat Partiyasını məhkəməyə verənlər cavabdeh tərəf kimi Ədliyyə Nazirliyini göstərməlidirlər".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Osman Kazımov partiyanın qurultayından narazı qalan bir qrup sabiq üzvün məhkəməyə müraciət etməsinə münasibət bildirərkən deyib.

O. Kazımov bildirib ki, Ədliyyə Nazirliyi Müsavat Partiyasının qurultayının nəticələri qeydə alıb və belə olan halda qurultayın nəticələrinin ləğv olunmasını tələb edənlər nazirliyi məhkəməyə verməlidirlər: "Əslində, məhkəmə bu işi icraata qəbul etməli deyildi. Məhkəmənin ilk iclasında biz bu barədə fikrimizi bildirdik, məhkəmə də vəsatəti məntiqli hesab etdi. Ancaq onlar yenə öz fikirlərində qaldılar. Buna görə də növbəti toplantıya məhkəmə Ədliyyə Nazirliyi nümayəndəsini də dəvət edib".

Xatırladaq ki, Müsavat Partiyasının qurultayından narazı qalan partiyanın bir qrup sabiq üzvü Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Onlar qurultayın nəticələrinin ləğv olunmasını tələb edirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR