Köhnə qarajdan xəzinə çıxdı - FOTO

Köhnə qarajdan xəzinə çıxdı - FOTO
12:57 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qapısı son dəfə 50 il əvvəl açılmış köhnə, yastı-yapalaq qarajda, sən demə, əsl xəzinə varmış.
Orada "Brough Superior" markalı 8 motosikl tapılıb. 
"Motosikllərin Rolls-Royce-u" adlandırılan bu motosikllər həddən artıq bahalı, əntiq və nadir ikitəkərli nəqliyyat vasitəsi sayılır. 
Qarajda aşkarlanmış 8 motosiklin ilkin satış qiyməti 5 milyon dollardır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Brough Superior"lar 1924-1940-cı illərdə dünyanın ən populyar motosiklləri idi.
8 nadir motosikl Britaniyanın Kornuoll qraflığındakı Bodmin şəhərindəki malikanələrdən birinin qarajında idi.
Bu modelin hazırlanmasında tarixə "Ərəbistanlı Lourens" kimi düşən britaniyalı polkovnik-leytenant Tomas Edvard Lourens yaxından iştirak etmişdi.
Lourens 1935-ci ildə, 46 yaşında qəzada həlak olmuşdu. 
 

Milli.Az
































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR