Yanacaqdoldurma məntəqəsinə saxta 100 manatlıq əskinas verən şəxs tutulub

13:02 15 Dekabr 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Nazirliyin məlumatına görə, yanacaqdoldurma məntəqəsinə gələn "VAZ-2106" markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası verən Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/yanacaqdoldurma-menteqesine-saxta-100-manatliq-eskinas-veren-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR