AFFA 3000 manat qazandı

AFFA 3000 manat qazandı
13:12 15 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının və əvəzedici heyətlərin çempionatının XVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Neftçi" və "Rəvan" 1000 manat cərimə olunub. Buna səbəb həmin klubların son Premyer Liqa oyununda 4 futbolçusunun sarı vərəqə alması olub.

"Qəbələ" və "Neftçi"nin əvəzedici heyətləri 500 manat cərimələnib. "Qəbələ"nin 4, "Neftçi"nin 5 futbolçusu sarı vərəqə aldığından klublar ziyana düşüb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-3000-manat-qazand-t46154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR