Ceymi Vardinin həyatı film olur

Film prodüserləri "Lester"in hücumçusu Ceymi Vardinin həyat hekayəsi əsasında film çəkməkdə qərarlıdırlar.

Artıq filmin baş rolu üçün nəzərdə tutulmuş aktyorların adları da məlum olub. Metbuat.az "Daily Star"a istinadən xəbər verir ki, Rayan Qoslinq, Mett DeymonLeonardo Di Kapriodan birinin filmdə Vardi obrazını canlandıracağı gözlənilir.

Bir digər cavabını tapmamış sual isə baş rolda oynayacaq aktyorun ingilis və yaxud amerikalı olacağı ilə bağlıdır. Prodüserlərin 1989-cu ildə çəkilmiş "Field of Dreams" tərzində bir film planlaşdırdığı bildirilir.

Leonardo Di Kaprio

Rayan Qoslinq

Mett Deymon

Ceymi Vardi kimdir?

Ceymi Vardi 1987-ci il, 11 yanvar tarixində İngiltərənin Şeffild şəhərində dünyaya gəlib. Futbola böyüdüyü şəhərin "Uensdey" klubunda başlayıb. Ancaq çox qısa müddət ərzində komandadan qovulub. Daha sonra isə Vardi "Stoksbric Park Stils" klubuna keçib. 2007-ci ildə ingilis futbolçu sözügedən komandanın əsas heyətində oynamağa başlayıb. 8-ci divizion qruplarından birində oynayan və həftəlik məvacibi cəmi 30 funt olan Vardi eyni zamanda həm də fabrikdə işləyərmiş. Məhsuldarlığı ilə diqqətləri üzərinə çəkən hücumçu daha sonra "Halifaks"a, oradan isə "Flitvud Taun"a transfer olub. Vardi 2012-ci ildən etibarən "Lester"də çıxış edir. 28 yaşlı forvard hazırda 15 qolla İngiltərə Premyer Liqasının bombardirləri siyahısına başçılıq edir. Bununla yanaşı, o, cari mövsümdə, Rud van Nistelroya məxsus Premyer Liqada ardıcıl ən çox oyunda qol vurmaq rekordunu da əlinə keçirib. İngiltərə millisinin heyətində 4 matçda meydana çıxan Vardinin yayda Avropa çempionatında da yığmaya kömək edəcəyi gözlənilir.

Ceymi Vardi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR