Azərbaycanlı müğənninin toy günü bəlli oldu

Azərbaycanlı müğənninin toy günü bəlli oldu
13:17 15 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Aytac Vidadiqızının toy tarixi bəlli olub.

Milli.Az xəbər verir ki, müğənni Aytac Vidadiqızı 2015-ci il dekabrın 23-ü paytaxtın elit məkanlarından birində toy edəcək. Toyda müğənninin əksər sənət dostları da iştirak edəcəklər.

Sənətçi toy öncəsi həyəcanlı olduğunu açıqlayıb:

"Toy günü yaxınlaşdıqca həyəcanım daha da artır. İstəyirəm, həmin gün hər şey mükəmməl olsun. Bu günümün təkcə mənim üçün yox, dəvətli olan hər kəs üçün unudulmaz gün olmasına çalışacağam. Başa düşürəm ki, xoşbəxtlik üçün bu vacib detal deyil. Əsas iki insanın bir-birini anlayıb ömür boyu bir yerdə olmasıdır. Mən isə arzu edirəm ki, bütün ailələrdən "Vağzalı" sədası eşidilsin. Bütün xanımlarımıza ağ gəlinlik nəsib olsun və xoşbəxt olsunlar".

Qeyd edək ki, Aytac Vidadiqızı Can adlı Türkiyə vətəndaşı ilə ailə quracaq. Müğənninin həm Bakıda, həm də Türkiyədə toyu olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR