Maşallah Əhmədov həbs edildi

Maşallah Əhmədov həbs edildi
13:24 15 Dekabr 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

O, 72 min manatlıq dələduzluqda ittiham olunur

Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. Lent.az-ın “bizimyol.info"ya istinadən xəbərinə görə, veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib.

 

Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.  O, 72 min manatlıq dələduzluqda ittiham olunur. 

 

Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.

 

Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Vaqif Aslanov  apasport.az saytına xəbəri təsdiqləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR