Azərbaycan sovet dövrünə qayıdır

Azərbaycan sovet dövrünə qayıdır
13:26 15 Dekabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi.

ANS PRESS-in məlumatına görə, ləğv edilən nazirliyin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Sovet İmperiyası dövründə Azərbaycanın təhlükəsizliyi Dövlət Təhlükəsizliyi Xidmətinin öhdəsində idi. Amma Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Həmin dövrdə orqanın adı dəyişməklə onun fəaliyyət forması da dəyişdi.

Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə – Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir.

Amma son baş verən hadisələr bu təşkilatın qarşısına qoyulan məqsədlərlə deyil, özünün istədiyi fəaliyyətlərlə məşğul oluduğunu ortaya qoydu.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən son hadisələr həmin qurumun adını və fəaliyyətini kifayət qədər zədələmişdi və cəmiyyətdə ona inamı azaltmışdı.

“Etiraf etmək lazımdır ki, bundan sonra bu qurumu təhlükəsizliyimizin simvoluna çevirmək çox çətin olacaqdı. Milli Təhlükəsizlik Nazirliyi vahimə və qorxu mərkəzinə çevrilmişdi. Belə hal Sovet dövründə də baş vermişdi. O dövrdə bu proseslər Sovet kəşfiyyat orqanın sonuncu rəhbərlərindən birinin həbsi ilə müşaiyət olunmuşdu.Müstəqillik dövründə isə təhlükəsizlik qurumu Eldar Mahmudovun sahəsində vətəndaşlar üzərində represiya aparatı kimi ad qazandı. Bundan sonrakı dövrdə həmin struktur öz ətrafında nə qədər peşəkar əməkdaşlar cəlb etsəydi belə, o insanların şürunda həmişə mənfi xatırlanacaqdı. Prezidentin bu qərarı tarixidir”.


Zahid Oruc - Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili


Z.Oruc bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyi ölkədə narkotik qaçaqmalçılığı və digər cinayətlərin qarşını almaqla məşğul olmamalıdır:

“Artıq dünyada təhlükəsizlik orqanlarının ictimai obrazı və dəqiq fəaliyyəti formalaşıb. Bu kəşfiyyat və əks kəşfiyyat fəaliyyətidir. Azərbaycanda da xarici kəşfiyyat fəaliyyəti mövcud olub. Yeni qərarla bu orqanın səlahiyyətlərinin artırılması ölkənin təhlükəsizliyinin daha da mühkəmlədirmək məqsədi daşıyır. Çünki regionda terror təhdidləri ilə bağlı risklər mövcuddur”.

Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev isə bildirdi ki, son dövrlər MTN –də baş verən hadisələrdən sonra bu qurumun tərkibinə müxtəlif xüsusi xidmət orqanlarının əməkdaşlarının yerləşdirilməsi təhlükəsi var idi.

”Artıq MTN ləğv edildikdən sonra həmin qurum yenidən ələkdən keçiriləcək. Onsuzda Azərərbaycanda Xarici Kəşfiyyat Xidməti var idi. Amma bu müvafiq fərmanla həmin xidmət müstəqil quruma çevrildi. Xidmətlə bağlı yeni addımlar yalnız onun büdcəsi və xarici ölkələrdə fəaliyyətidir”.


Arzu Nağıyev - Təhlükəsizlik orqanlarında çalışmış şəxs


A.Nağıyevin sözlərinə görə, Sovet İttifaqı Dövlət Təhlükəsizlik Komitəsində struktur belə idi. “Həmin komitədə Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsi və həmçinin Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində həm kəşfiyyat həm də əks – kəşfiyyat qurumları fəaliyyət göstərirdi. Bu strukturda isə Xarici Kəşfiyyat Xidməti sırf xarici kəşfiyyatla məşğul olacaq. Dövlət Təhlükəsizlik Xidməti isə dövlət daxilində əks – kəşfiyyat funksiyasını həyata keçirəcək. Xarici xüsusi xidmət orqanlarının qeyri – qanuni fəaliyyətinə qarşı daxildə əks – kəşfiyyat fəaliyyətini yerinə yetirəcək".

Oktyabrın 17–də prezident İlham Əliyevin sərancamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra onun və bəzi MTN əməkdaşlarının qaranlıq fəaliyyəti ortaya çıxdı. Sabiq nazirin xarici kəşfiyyat orqanları ilə əlaqəli olması və onun tapşırığı ilə bir çox nüfuzlu insanların telefon danışıqlarının dinlənildiyi bildirildi. Həmçinin Eldar Mahmudovun sahibkarlardan qanunsuz pul yığılması ilə bağlı da xəbərlər yayıldı. Eyni zamanda sabiq nazirin təmsil etdiyi nazirliyin yüksək çinli məmurları həbs edildi. Nazirlik ətrafında baş verən hadisələr fonunda 20 nəfərdən çox MTN əməkdaşı həbs edildi.

Bütün bu baş verənlərdən sonra ötən gün prezident İlham Əliyevın fərmanlı ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzalanıb. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.

Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə tapşırılıb ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Referendum qərarı macəradır" - Binəli Yıldırım

23 Sentyabr 2017 13:34

Avtobusda yer üstündə 9 yaşlı uşağı döydülər

23 Sentyabr 2017 13:34

İraqın Baş Qərargah rəisi Türkiyəyə yollandı

23 Sentyabr 2017 13:31

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

23 Sentyabr 2017 13:29

44 yaşlı tovuzludan Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyə apardı, zorladı və...

23 Sentyabr 2017 13:28

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52

Bakıda qoyun oğruları tutuldu

23 Sentyabr 2017 12:49

Aygünün qızı anasının konsertinə bu geyimdə GƏLDİ - FOTOLAR

23 Sentyabr 2017 12:48

Nazarov 90 dəqiqə oynadı

23 Sentyabr 2017 12:47

Millimizin heyəti açıqlandı

23 Sentyabr 2017 12:47

Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

23 Sentyabr 2017 12:47

Çindən gözlənilməz addım

23 Sentyabr 2017 12:45

“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

23 Sentyabr 2017 12:44

Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb

23 Sentyabr 2017 12:39

Şəhərin mərkəzində BİABIRÇILIQ: hamının gözləri qarşısında CİNSİ ƏLAQƏYƏ GİRDİLƏR - FOTO (18+)

23 Sentyabr 2017 12:38

Robot stomatoloq ilk əməliyyatını edib

23 Sentyabr 2017 12:35

2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək

23 Sentyabr 2017 12:35

“SOCAR Methanol” builki istehsal planının 80%-ni yerinə yetirib

23 Sentyabr 2017 12:32

ABŞ prezidentinin oğlu "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır

23 Sentyabr 2017 12:32

Doğuş çatlarını azaldan təbii üsullar

23 Sentyabr 2017 12:30

Azərbaycan və Türkiyə döyüş təyyarələrinin TƏLİM GÖRÜNTÜLƏRİ - VİDEO

23 Sentyabr 2017 12:28

Sabah hava NECƏ OLACAQ?

23 Sentyabr 2017 12:23

İtkin düşən 13 yaşlı oğlanın axtarışları davam edir

23 Sentyabr 2017 12:19

ABŞ-ın bir addımlığındakı Rusiyanın MƏXFİ ÖLÜM BAZASI: kabus şəhər HAQDA BİLMƏDİKLƏRİNİZ - FOTO

23 Sentyabr 2017 12:18

Yeni Zelandiya parlamentinin üzvlüyünə azərbaycanlı namizəd: "Azərbaycanla əlaqələrin inkişafı üçün çalışacağam"

23 Sentyabr 2017 12:17

"Azərbaycan işğalla heç vaxt barışmayacaq" - Məmmədyarov

23 Sentyabr 2017 12:14

Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

23 Sentyabr 2017 12:13

Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər?

23 Sentyabr 2017 12:09

"Baladadaşın toy hamamı" başlayır

23 Sentyabr 2017 12:09

Şimşək çaxacaq, yağış yağacaq - SABAH

23 Sentyabr 2017 12:04

Müdafiə Nazirliyi “TurAz Qartalı - 2017” birgə taktiki təlimlərinin görüntülərini yayıb

23 Sentyabr 2017 12:02

“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib

23 Sentyabr 2017 12:02

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

23 Sentyabr 2017 12:02

"MOYKA"da rəzalət - işçini oturacağa bağlayıb...

23 Sentyabr 2017 12:02

Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

23 Sentyabr 2017 11:58

Yevlaxda 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapılıb

23 Sentyabr 2017 11:57

“TurAz Qartalı - 2017” təlimi davam edir - VİDEO

23 Sentyabr 2017 11:54