Məktəblilər Milli Qəhrəmana həsr olunan “Simurq ömrü” adlı sənədli filmə baxıblar

Məktəblilər Milli Qəhrəmana həsr olunan “Simurq ömrü” adlı sənədli filmə baxıblar
13:33 15 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 15 dekabr, AZƏRTAC
Naxçıvan şəhərində məktəblilər Azərbaycan Respublikasının Milli Qəhrəmanı Səfiyar Behbudovun həyatına və döyüşlərdə göstərdiyi qəhrəmanlığa həsr olunan “Simurq ömrü” adlı sənədli filmə baxıblar.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 8 saylı tam orta məktəbdə filmin nümayiş olunmasında məqsəd gənclərin və yeniyetmələrin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasıdır.
Səfiyar Behbudov 1992-ci ildə Ağdam-Əsgəran istiqamətində, Qaraqaya deyilən ərazidə gedən döyüşlərdə azərbaycanlı əsgərləri düşmən mühasirəsindən xilas edərək, idarə etdiyi PDM (piyadaların döyüş maşını) ilə düşmənin üzərinə hücum edib. Qeyri-bərabər döyüşdə Səfiyar, yaralanaraq əsir düşüb. Əsirlikdə ona verilən işgəncələrə baxmayaraq o, düşmənə heç bir sirr verməyib. Gənc zabitin yandırılmış cəsədi 1992-ci il martın 21-də çətinliklə alınıb. Milli Qəhrəmanın nəşi anadan olduğu Bərdə rayon Mollalı kəndində dəfn edilib. Bir vaxtlar oxuduğu Bərdə şəhər 6 saylı orta məktəb hazırda Səfiyar Behbudovun adını daşıyır.
Qeyd edək ki, filmin layihə rəhbəri Şəmistan Əlizamanlı, ssenari müəllifi və rejissoru isə İlham Tumasdır.
Sənədli film Naxçıvan şəhərinin məktəbliləri tərəfindən böyük maraqla izlənilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mektebliler_Milli_Qehremana_hesr_olunan_Simurq_omru_adli_senedli_filme_baxiblar-911330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR