İslamabad, 15 dekabr, AZƏRTAC
Pakistan mətbuatının yaydığı məlumata görə, ölkə əyalətlərində ölüm hökmünə məhkum olunmuş səkkiz məhbus edam edilib.
2014-cü il dekabrın 16-da Pakistanın Peşavar şəhərində terrorçuların hərbi məktəbə hücumu nəticəsində 132-si şagird olmaqla 150 insan qətlə yetirilmişdi. Məhz bundan sonra Baş nazir Nəvaz Şərif ölkədə ölüm hökmünə tətbiq edilən qadağanın ləğv olunması haqqında qərar vermişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad