Ağstafa Rayon Mədəniyyət Evi yaxın günlərdə istifadəyə veriləcək

Ağstafa Rayon Mədəniyyət Evi yaxın günlərdə istifadəyə veriləcək
13:53 15 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 15 dekabr, AZƏRTAC
Ağstafa Rayon Mədəniyyət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mədəniyyət evinin əsaslı təmir işləri çərçivəsində binanın əsas zal və inzibati otaqlarının yenidən qurulması başa çatdırılıb, müasir dekorasiya, yumşaq mebel inventarları ilə təmin edilib, ən son tələblərə cavab verən mərkəzi istilik və havalandırma sistemi, müasir akustika, səs gücləndirici və səhnə işıqlandırılması avadanlıqları quraşdırılıb. Binanın fasad və yan hissələrinə dekorativ üzlük daşlar vurulub. Fasadda daşlardan oyma şəbəkə və xüsusi gecə işıqlandırılması sistemi quraşdırılıb. Bu isə mərkəzin görünüşünə müasir və milli ornamentlərin sintezini təşkil etməklə xüsusi gözəllik verir. Ətrafda yaşıllıq salınıb.
Binanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR