“Xəzər Lənkəran” rəsmisi Avropa Klublar Assosiasiyasının iclasında

14-15 dekabr tarixlərində İspaniyanın Sevilya şəhərində Avropa Klublar Assosiasiyasının Hüquq Müşavirə Palatasının 2015-2017 dövrü üçün ilk iclası keçirilir.

İclasda futbol hüququnun gündəmdə olan əsas məsələləri və problemləri üzrə fikir mübadiləsi aparılacaq, Avropa Klublar Assosiasiyasının müxtəlif hüquqi məsələlərə dair fəaliyyəti ilə bağlı istiqamətlər müəyyənləşdiriləcək, həmçinin FIFA Mübahisələrin Həlli Palatası, Oyunçuların Statusu Komitəsi CAS tərəfindən son dövrdə çıxarılan ən vacib qərarlar nəzərdən keçiriləcək.

İclasda "Xəzər Lənkəran"ın xarici əlaqələr üzrə meneceri Ramil Cahangirov da iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR