​Azərbaycan çempionatında sənədləri saxta olan futbolçu aşkarlanıb

​Azərbaycan çempionatında sənədləri saxta olan futbolçu aşkarlanıb
13:57 15 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ AFFA qeydiyyat və statistika şöbəsi U-13 liqasında sənədləri saxta olan futbolçu aşkarlayıb. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, UGİM "Gənclərbirliyi" (Gəncə) komandasının heyətində Elcan Budaqovun sənədlərinin saxta olması haqda İntizam Komitəsinə məlumat verilib.
Komitə bu gün keçirilmiş iclasda kluba ağır cəza verib. E.Budaqovun meydana çıxdığı bütün görüşlərdə Gəncə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR