Gələn ildən Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr onlayn ödəniləcək

Gələn ildən Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr onlayn ödəniləcək
12:08 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda 2015-ci ilin yanvarından yol hərəkəti qaydalarının (YHQ) pozulmasına görə cərimələrin onlayn ödənilməsi xidmətinin tətbiqi gözlənilir. Bu barədə Trend-ə "Avtomatlaşdırılmış sistemin yaradılması" layihəsinin rəhbəri Cəmil Şirinov bildirib.

Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Onun sözlərinə görə, YHQ pozulmasına görə cərimələrin ödənilməsi terminal.az və vəsait.az internet resurslarının köməyi ilə mümkün olacaq.

C.Şirinov bildirib ki, hazırda proqramı təşkil edən sistem istismara tam hazırdır. Cərimələrin vəsait.az resursunun köməyi ilə ödənilməsi üçün GoldenPay ödəniş sistemindən istifadə olunacaq.

Layihə çərçivəsində YHQ pozulmasına görə cərimələrin bank və kredit kartları, SMS, eləcə də ödəniş terminalları vasitəsilə internetin köməyi ilə ödənilməsi imkanlarına baxılması nəzərdə tutulur.

Saytda qeydiyyatdan keçərkən avtonəqliyyat vasitəsinin sahibi “şəxsi kabinet”ə giriş imkanı əldə edəcək. O, burada YHQ pozuntusu, foto və videomateriallarla ətraflı tanış olacaq. Bundan başqa, cəriməni Daxili İşlər Nazirliyinin internet səhifəsində də ödəmək mümkün olacaq: "YHQ pozulması video-müşahidə kameraları tərəfindən qeydə alınacaq. Sürücünün YHQ pozması hadisə yeri göstərilməklə, fotoşəkillər və videomateriallar əlavə olunmaqla onun elektron ünvanına göndəriləcək".

Sürücünün operativ şəkildə xəbərdar edilməsi üçün SMS-lə məlumat verilməsi də nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR