Bakıda 20 yaşlı oğlan 60 qoyunu apardı

Bakıda 20 yaşlı oğlan 60 qoyunu apardı
14:12 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qoyun oğurluğu ilə məşğul olan şəxs tutulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 11-nə keçən gecə, Maştağa qəsəbəsində yaşayan Mirseyfəl Məlikovun həyətindən, hasardan keçməklə 32 ədəd xırda buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirzəağa Həbibov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, o, müxtəlif vaxtlarda Maştağa qəsəbəsində Əmiylə Məmmədovanın, Ağaəmi Səlimovun, Ovçu Vəliyevin, Mirvaqif Dadaşovun, Əlihüseyn Əliyevin, Fərid Novruzovun və Fəxrəddin Bağırovun həyətlərindən, ümumilikdə 28 baş xırda buynuzlu heyvan oğurlayıb. Araşdırmalar davam etdirilir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR