Dəmir yolları xəbərdarlıq etdi - 10 gün qabaqdan alın

Dəmir yolları xəbərdarlıq etdi - 10 gün qabaqdan alın
14:21 15 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçir. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, sərnişin daşımaları departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gucləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.



Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR