“Şimal” ES-də ikinci 409 meqavatlıq enerji blokunun tikintisi aparılır

“Şimal” ES-də ikinci 409 meqavatlıq enerji blokunun tikintisi aparılır
14:23 15 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
"Şimal" Elektrik Stansiyasının inkişaf proqramı müvəffəqiyyətlə davam etdirilir. Müəssisədə sayca ikinci 409 meqavatlıq enerji blokunun tikintisi aparılır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Şimal” ES-də bu ilin ötən 11 ayında texniki iqtisadi göstəricilər yüksək olub. Bu dövrdə istehsal 1 milyard 975,6 milyon kilovat-saata yaxın olub. Noyabr ayında isə 51,6 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simal_ES_de_ikinci_409_meqavatliq_enerji_blokunun_tikintisi_aparilir-911352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR