Yeni Zelandiyada ölkənin yeni bayrağının dizayn seçilib

14:27 15 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Yeni Zelandiyada ölkənin yeni bayrağının dizaynının müəyyənləşdirilməsi üzrə ilk referendumun nəticələri bəlli olub. "Report" Yeni Zelandiya KİV-inə istinadən xəbər verir ki, "Silver Fern" ("Gümüşü ayıdöşəyi") adlı variant ən çox - 1,5 milyon səs toplayıb.
Bayrağın yeni formasında ayıdöşəyinin ağ yarpağı bayrağı iki hissəyə bölür: göy və qara. Bayrağın sağ tərəfində 4 qırmızı ulduz var.
Referendumda seçicilərin 48,7 faizi iştirak edib.
2016-cı il martın 3-24-ü aralığında keçiriləcək ikinci referendumda yeni zelandiyalılar köhnə bayrağı "Silver Fern"lə dəyişib-dəyişməməyi müəyyənləşdirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yeni-zelandiyada-olkenin-yeni-bayraginin-dizayn-secilib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR