Şəhidimiz torpağa tapşırılıb

14:43 15 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 14-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Nihad İltifat oğlu Rəhimli doğulduğu Hacıqabul rayonunda dəfn edilib.

Trend El TV-yə istinadən (Region TV) xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Nihad Rəhimli snayper gülləsinə tuş gəlib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Şirvan şəhər və Hacıqabul rayon icra hakimiyyəti başçıları, şəhidin yaxınları, vətəndaşlar iştirak edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2469768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR