Azərbaycan futbolunun məşhur siması 72 min manatlıq dələduzluqda ittiham olunur

Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun saxlanılması xəbəri yayılıb. Veteran futbolçu Binəqədi polisi tərəfindən saxlanılıb.

Metbuat.az Bizimyol.info-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi açılıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.

Maşallah Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR