MTRŞ: Azərbaycanda televiziyaların anoloq yayımı yaxın vaxtlarda dayandırılacaq

15:27 15 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmədov "Report"a bildirib ki, onlardan 104-ü rəqəmli verici stansiya, 400-ə yaxını isə anoloq verici stansiyadır.
Stansiyalar vasitəsilə yayım hələ ki, paralel olaraq həyata keçirilir.
İ.Məmmədov Azərbaycanın müxtəlif yerlərində rəqəmli verici stansiyaların quraşdırıldığını bildirib: "Məsələn, Bakı şəhərində "Günəşli", "Fatmayi" və Teleqüllədə rəqəmli yayım stansiyaları quraşdırılıb. Artıq rəqəmli vericilərin hər biri fəaliyyətdədir və yayım həyata keçirirlər. MTRŞ tərəfindən anoloq yayımın dayandırılması ilə bağlı qərar verildikdən sonra bu yayımı həyata keçirən 400-ə yaxın satnsiyanın fəliyyəti dayandırılacaq. Anoloq yayım yaxın vaxtlarda dayandırılacaq, amma dəqiq tarix deyə bilmərəm".
İ.Məmmədov bildirib ki, bir rəqəmli verici stansiya 11 TV proqramını əhatə etdiyi halda, bir anoloq yayım stansiyası 1 TV proqramını əhatə edir.  

Xəbərin orijinal ünvanı: http://report.az/media/mtrs-azerbaycanda-televiziyalarin-anoloq-yayimi-yaxin-vaxtlarda-dayandirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR