Yeni zelandiyalı velosipedçi 123 günə dünyanı dolaşmaqla rekorda imza atıb

Yeni zelandiyalı velosipedçi 123 günə dünyanı dolaşmaqla rekorda imza atıb
15:28 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Yeni zelandiyalı velosipedçı Endryu Nikolson yeni rekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, səyyah-velosipedçı buna 29 min 179 kilometr yol qət edərək 123 günə dünyanı dövrə vurmaqla nail olub. Fiziki taqətinin tükəndiyini deyən E.Nikolson bildirib ki, səyahəti sonacan uğurla başa çatdırmaq ona xəyal kimi gəlir. Ada sakini bu müddət ərzində ABŞ, Kanada, Avropa, Hindistan, Cənub-Şərqi Asiya və Avstraliyanı səyahət edib.
Hazırda Ginnes dünya rekordları təşkilatının nümayəndələri tərəfindən səyyah-velosipedçınin yeni nailiyyəti təsdiqini tapmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_zelandiyali_velosipedchi_123_gune_dunyani_dolasmaqla_rekorda_imza_atib-911381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR