​"Heydər" məscidi gündəlik ibadətə açılıb

​"Heydər" məscidi gündəlik ibadətə açılıb
15:37 15 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Heydər məscidi gündəlik ibadət üçün açılıb.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli  məlumat verib.
Onun sözlərinə görə, məsciddə gündəlik namazlar qılınır. Şiə əhlinin qıldığı namaza Bakı İslam Universitetinin məzunu hacı Rüfət Qarayev axundluq edir. Sünni camaatına isə hacı Hafiz Abbasov imamlıq edir.
S.Həsənli onu da bildirib ki, qılınan cümə namazlarına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qaziləri və səlahiyyətləri nümayəndələri növbə ilə öndərlik edəcəklər.
Qeyd edək ki, İslam dünyasında qadınlar məscidlərdə onlar üçün ayrılmış yerdən kişilərin namaz qılmasını izləyir, imam və ya axundun hərəkətlərinə uyğun namazlarını qılırlar. 

Xəbərin orijinal ünvanı: http://report.az/din/heyder-mescidi-gundelik-ibadete-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR