Azərbaycanlı milyarderə ağır itki üz verdi

Azərbaycanlı milyarderə ağır itki üz verdi
15:41 15 Dekabr 2015
126 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur azərbaycanlı milyarder, Rusiyadakı "NortQaz" şirkətinin yaradıcısı Fərhad Əhmədova ağır itki üz verib.

Axşam.az-ın modern.az-a istinadən məlumatına görə, Fərhad Əhmədovun anası Əsədi xanım dünyasını dəyişib. Mərhum doğulduğu Göyçay rayonunda dəfn edilib.

Qeyd edək ki, Fərhad Əhmədovun atası Teymur Əhmədov vaxtilə Göyçayda zavod direktoru olub.

Fərhad Əhmədov hazırda Rusiyada məşhur iş adamı sayılır.

Hazırda Göyçayda fəaliyyət göstərən "AzNar" şirkəti də Fərhad Əhmədova məxsusdur. Şirkət Göyçay rayonunda 1000 hektardan çox sahədə nar bağları yaradıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR