Azərbaycan uşaqlarının vahid məlumat bankı yaradılır

Azərbaycan uşaqlarının vahid məlumat bankı yaradılır
15:43 15 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkə uşaqlarının məlumat bankı üçün sayt yaradır. “childbank.gov.az” ünvanında fəaliyyət göstərəcək sayt artıq rəsmi qeydiyyatdan keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan uşaqlarının məlumat bankına ölkədə mövcud olan və yeni dünyaya gələn 18 yaşadək bütün uşaqlar haqda fərdi məlumatlar toplanacaq, onların sağlamlığı, təhsili, asudə vaxtı və s. haqda məlumatlar daxil ediləcək. Artıq saytın proqram hissəsi hazırdır və gələn ildən testləşdirmə işlərinə başlanılacaq. Sayt 2017-ci ildə tam istifadəyə veriləcək.
Qeyd edək ki, Azərbaycan uşaqlarının fərdi məlumat bankı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yaradılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_usaqlarinin_vahid_melumat_banki_yaradilir-911389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR