Monserrat Kabalye həbs cəzası aldı

Monserrat Kabalye həbs cəzası aldı
15:48 15 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye fırıldaqçılığa görə yarım il həbs cəzası alıb. Trend-in məlumatına görə, bu barədə TASS "Europa press" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Barselona məhkəməsi, həmçinin 82 yaşlı M.Kabalyeni təqribən 255 min avro həcmində cərimələyib. Müğənninin günahını etiraf etdiyi qeyd olunur.

Məhkəmə iclasında səhhətində yaranmış problemlərə görə iştirak etməyən M.Kabalye bunu evdən videokonfrans vasitəsilə bəyan edib.

Qeyd edək ki, ötən ilin aprelində Barselona prokurorluğu M.Kabalyeni 500 min avrodan artıq məbləğdə vergidən yayınmaqda şübhəli bilmişdi. İstintaqın məlumatına əsasən, müğənni aldığı qonorarları Andorrada gizlədərək İspaniyada həmin qonorarlardan vergi tutulmasından yayınırmış.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR