Bakıda Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək

15:53 15 Dekabr 2015
97 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 15 dekabr, AZƏRTAC
"ELANEXPO" beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə dekabrın 17-də Bakı Ekspo Mərkəzində ilk Daşınmaz Əmlak və İnvestisiya sərgisi ("Azerbaijan International Real Estate & Investment Exhibition" (REC-EXPO)) keçiriləcək. Sərgidə ilk dəfə xüsusi daşınmaz əmlak və investisiya layihələri nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə REC-EXPO-nun rəhbəri Salim Şahin dekabrın 15-də sərgi ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.
"Sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr Türk Respublikası və Cənubi Afrika Respublikasından 100-dən çox şirkət, o cümlədən yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, daşınmaz əmlak investorları iştirak edəcəklər. Sərgidə qeyd olunan ölkələrdən müxtəlif qiymətlərdə evlər təklif olunacaq. Sərgi Avropa, Yaxın Şərq, Körfəz və Qafqaz ölkələrinin brend layihələrini Azərbaycandakı sərmayəçilərə tanıtmaq üçün böyük bir platforma olacaq, iş adamlarına yeni imkanlar yaradacaq. Daşınmaz əmlak sektorunun böyük firmaları Azərbaycanı bir çox bölgənin üstün investisiya mərkəzi olaraq görürlər", - deyə S.Şahin diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Dasinmaz_Amlak_ve_Investisiya_Sergisi_kechirilecek-911394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR