Dekabrın 14-də şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu dəfn edilib. ANS PRESS-in məlumatına görə, 1997-ci il təvəllüdlü əsgər Nihad İltifat oğlu Rəhimli doğulduğu Hacıqabul rayonunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Şirvan şəhər və Hacıqabul rayon icra hakimiyyəti başçıları, ictimayyət nümayəndələri iştirak edib.
Azərbaycan bayrağı əmanət kimi şəhidin qardaşına təqdim edilib.
Allah rəhmət eləsin!
Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər 18 yaşlı Nihad İltifat oğlu Rəhimli qoşunların təmas xəttində ermənilərlə toqquşmada həlak olub.
Dövlət Hərbi Səfərbərlik Xidmətinin Şirvan şəhər şöbəsindən hərbi xidmətə çağırılmış Nihad Rəhimli düşmən tərəfdən atılan snayper gülləsinə tuş gəlib.