Deputat seçilən qadının yerinə təyinat olub

Deputat seçilən qadının yerinə təyinat olub
16:02 15 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Şəmkir rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. "Report" xəbər verir ki, icra başçısı Alimpaşa Məmmədovun humanitar məsələlər üzrə yeni müavini məlum olub. 
Bu vəzifəyə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə təyin edilib. 
Xatırladaq ki, M. Əlizadə bu postda noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə deputat mandatını qazanan Sona Əliyevanı əvəz edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR