Azərbaycan bəstəkarlarının musiqi dünyasına Zəkaların səyahəti (FOTO)

Azərbaycan bəstəkarlarının musiqi dünyasına Zəkaların səyahəti (FOTO)
16:03 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların “Azərbaycan bəstəkarları” mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Osman Salmanlı, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Zümrüd Şirinova, yaşıl yolda isə Azərbaycan Dillər Universitetinin tələbəsi Mahmud Rəhimli mübarizə apardı. Bu qarşılaşmanın qalibi Zümrüd Şirinova oldu.

Tamaşaçılar münsif bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovun mövzu barədə ətraflı məlumatları ilə tanış oldular. “Zəkalarımız dünya bəstəkarları ilə birgə eyni zamanda Azərbaycan bəstəkarlarının əsərləri, həyatları ilə yaxından tanış olmalıdırlar. Və ona görə belə mövzuya yer verdik"- deyə layihənin rəhbəri və aparıcısı Aydın Piriyev bildirib.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün “Parlaq Zəka” intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az-dır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2469810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR