"Ev alanlar sayıq olmalıdırlar, çünki..."

"Ev alanlar sayıq olmalıdırlar, çünki..."
16:17 15 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Onlardan biri də 2016-cı ildən etibarən daşınmaz əmlakların satışının vergiyə cəlb edilməsi qaydaları ilə bağlıdır. Hansı ki, bu dəyişikliklər təkrar bazarda yaşayış təyinatlı daşınmaz əmlakın satışına şamil edilir. Yəni, bundan sonra yaşayış təyinatlı sahələri (mənzillər, ayrıca evlər) satan şəxslər əmlakın sahəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyəcəklər.

Milli.Az bildirir ki, publika.az-ın dəyişikliklərlə bağlı suallarını daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev cavablandırıb.
 
- Rəşad bəy, yeni qaydaya görə, daşınmaz əmlak bazarı üzrə vergi necə hesablanacaq?

- 1 kv.m üçün hesablanacaq verginin baza məbləği ölkə üzrə 15 manat təşkil edəcək. Baza məbləği satılan əmlakın yerləşməsindən asılı olaraq zona əmsallarına uyğun olaraq dəyişəcək. Bakı şəhəri üzrə əvvəllər müəyyən edilmiş 12 zona üzrə 6 növ əmsal tətbiq ediləcək. 1-ci zona üzrə 4,0 əmsalı (hər kv.m. üçün 60 manat), 2-ci zona üzrə 3,0 əmsalı (hər kv.m. üçün 45 manat), 3 və 4-cü zonalar üzrə 2,2 əmsalı (hər kv.m. üçün 33 manat), 5 və 6-cı zonalar üzrə 1,8 əmsalı (hər kv.m. üçün 27 manat), 7, 8 və 9-cu zonalar üzrə 1,5 əmsalı (hər kv.m. üçün 22,5 manat), 10, 11 və 12-ci zonalar üzrə 1,2 əmsalı (hər kv.m. üçün 18 manat) tətbiq olunacaq. 

- Bəs bölgələrdə vergi məbləği nə qədər hesablanacaq?

- Ölkənin digər ərazilərində - Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1,5 əmsalı (hər kv.m. üçün 22,5 manat) , Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə 1,2 əmsalı (hər kv.m. üçün 18 manat), digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,5 əmsalı (hər kv.m. üçün 7,5 manat) tətbiq olunacaq.
 
- Dəyişikliklər hansı vergi güzəştlərini nəzərdə tutur?

- 5 il daimi yaşayış yeri olan yaşayış təyinatlı mənzil və evlər satıldıqda vergidən azad olunur.
 
- Vergilər necə ödəniləcək?

- Qanundakı yeni dəyişikliklərə görə vergi notarius tərəfindən hesablanacaq və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəniləcək. Bir sözlə, notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanması və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notarius daşıyacaq. Notarius vergi məbləğini birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutacaq.
 
- Yeniliyin hansı müsbət, hansı mənfi cəhətləri var?

- Yeniliyin müsbət cəhətləri əhəmiyyətli dərəcədə çoxdur. Müsbət cəhətlər bunlardır: -vergi orqanı üçün bu üsulla vergi yığmaq asan olacaq. Əvvəllər vergi orqanı minlərlə satıcıya nəzarət etməyə çalışırdı. İndi isə verginin hesablanması və ödənilməsini notariuslar həyata keçirəcək. Alğı-satqı əməliyyatları üzrə dövriyyənin gizlədilməsi artıq əhəmiyyətsiz olacaq. Bu ilin yanvarında daşınmaz əmlak bazarında əməliyyatlara vergi nəzarətinin gücləndirilməsi yaşayış mənzillərinin investisiya cəlbediciliyinə zərbə vurmuşdu. Hazırki dəyişiklik isə onların investisiya cəlbediciliyini qismən artırır.
 
Əvvəlki qaydalara görə, bəzi mənzillərin satışı zamanı xərclər çox olurdu. Xərcləri kompensasiya etmək üçün bəzi satıcılar satış qiymətlərini artırmaq istəyirdilər. Məsələn əvvəlki alış qiyməti simvolik olan bəzi mənzillər satılanda vergi məbləği çox çıxırdı. Bu alınmadığı üçün satışı ya həyata keçirmirdilər, yaxud da baha qiymətə həyata keçirməyə çalışırdılar. Ancaq bundan sonra həmin mənzillərin satış xərcləri xeyli azalacaq. Bu, hətta qiymət güzəştlərinin edilməsi üçün onlara şərait yaradacaq.
 
- Bəs mənfi tərəfləri?

- Mənfi cəhətləri mövcuddur sözsüz. Ən əsası odur ki, əvvəlki qaydalara görə 3 il daimi yaşayış yeri olan mənzillər satıldıqda, vergidən azad olunurdu. Ancaq indi bu müddət 5 ilə kimi artırılıb. 
Digər tərəfdən isə hazırki vergiqoyma yanaşması ancaq əmlakın texniki parametrlərinə, yəni sahəsinə bağlı olacaq. Bu cür yanaşma ilə mənzilin neçəyə satılmasının və nəticədə nə qədər qazanılacağının heç bir əhəmiyyəti olmur. Mənzili zərərlə və mənfəətlə satan mülkiyyətçilər eyni vergi ödənişi edəcəklər. Əvvəlki qaydalarda isə zərərlə (baha alıb ucuz satan) mənzil satan satıcılar vergi ödəmirdilər.
 
- Mübahisəli məqamlar da varmı?

- Ümumilikdə götürdükdə, yeni vergiqoyma sistemi əvvəlkindən daha sadədir və qismən güzəştlidir. Ancaq onun nə qədər güzəştli olması haqda nəsə demək çətindir, çünki yeni dəyişikliklərdən eyni zamanda udanlar və uduzanlar olacaq. Amma hesab edirik ki, əksər satıcılar üçün yeni sistem əvvəlkindən daha əlverişlidir. Bununla belə, yeni sistem mükəmməllikdən uzaqdır və buna görə müvəqqəti (bir neçə il) xarakter daşıyacaq. Buna görə də alıcılara tövsiyə edirik ki, alğı-satqı müqavilələrindəki qiymətlərə fikir versinlər və azaldılmasına imkan verməsinlər. Çünki əvvəlki sistem nə vaxtsa qayıda bilər. Yaxud da gələcəkdə istisna deyil ki, yeni sistem hazırkı istiqamətdə təkmilləşdirilsin.
 
- Satış xərcləri necə olacaq?

- Məsələn, 1-ci zonada satılan mənzilin vergi məbləği hər kv.m. üçün 60 manat təşkil edəcək (15 manat baza məbləği x 4 əmsalına). Əgər orta qiyməti şərti olaraq hər kv.m. üçün 2000-2500 manat (orda ucuz qiymətlər də var, ondan dəfələrdə bahalıları da) götürsək, belə çıxır ki, vergi satış dəyərinin orta hesabla 2,5-3%-ni təşkil edəcək. Mənzilin 1 kv.m. nə qədər baha olsa, vergi məbləğinin zona daxilində satış dəyərinə nisbət faizi o qədərdə az olacaq. Məsələn eyni zonada, 1 kv.m. 3000 manat olan mənzilin satış qiymətinə nisbətdə vergi məbləği təqribən 2%, 1 kv.m. 1800 manat olan üzrə isə 3,3% təşkil edəcək. 
Bizdə vergi mədəniyyətinin aşağı olmasını nəzərı alsaq, istisna deyil ki, bəzi satıcılar vergi xərclərinin bir hissəsini alıcının "boynu"na qoymağa cəhd eləsinlər (necə ki, əvvəllər notarius xərcləri, qeydiyyat xərcləri bu cür ödətdirilirdi). Ancaq alıcılar sayıq olmalıdırlar, çünki vergi ödəmək öhdəliyi satıcıya aiddir.
 
- Dəyişikliklərin bazara təsiri necə olacaq?

- Yeni dəyişiklik yaşayış evləri bazarında təsirsiz olacaq. Çünki hazırda makroiqtisadi şəraiti daşınmaz əmlak bazarını depressiya şəraitində saxlayır.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, vergi məbləği satışla bağlı xərcləri müəyyən edir, bir sözlə desək, təklif qiymətlərinə təsir edir. Bəzi əmlakların satış xərcləri artacaq, ancaq əksəriyyətində azalacaq. Bu da satıcılara əlavə manevr imkanları yaradacaq.
 
Həmçinin, nəzərə almaq lazımdır ki, satılan mənzillərin əhəmiyyətli hissəsinə vergi güzəştləri (hazırda 3 il daimi yaşayış yeri olan, 2016-cı ildən isə 5 il) tətbiq olunurdu və onlar üzrə vergi xərcləri olmurdu.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13

İngiltərə Premyer Liqasının yeni rekordçusu

26 Sentyabr 2017 04:09

BMT TŞ Myanmadakı vəziyyəti müzakirə edəcək

26 Sentyabr 2017 04:07

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49