“Boots&Coots”un avadanlıqları gəmilərdə quraşdırıldıqdan sonra bu şirkət də yanğının söndürülməsində iştirak edəcək

“Boots&Coots”un avadanlıqları gəmilərdə quraşdırıldıqdan sonra bu şirkət də yanğının söndürülməsində iştirak edəcək
16:18 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar hazırda gəmilərdə quraşdırılır. Bütün avadanlıqlar quraşdırıldıqdan sonra “Boots&Coots” şirkəti də yanğının söndürülməsində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan məlumat verilib. Bildirilib ki, “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, o cümlədən də, “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boots_ampCootsun_avadanliqlari_gemilerde_qurasdirildiqdan_sonra_bu_sirket_de_yanginin_sondurulmesinde_istirak_edecek-911410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR