Hitosi Kasuya: Azərbaycan dünyada həm də peşəkar idmançıları ilə tanınır

Hitosi Kasuya: Azərbaycan dünyada həm də peşəkar idmançıları ilə tanınır
16:18 15 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Dünya Şotokan Karate Federasiyasının baş təlimatçısı Şxan-Hitosi Kasuya Azərbaycan Milli Məclisində deputatlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Şxan-Hitosi Kasuyanı Milli Məclisdə salamlayan parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov qonağa Azərbaycanda idmana olan maraqdan, gənclərin sağlam həyat tərzinin inkişafı üçün görülən işlərdən, dövlətimizin başçısının idmançılara göstərdiyi diqqət və qayğıdan söz açıb.
İdmanın həyatımızın vacib elementlərindən birinə çevrildiyini deyən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dünyada sevilən karatenin ölkəmizdə də peşəkar idmançılar hazırlayan məktəbinin formalaşdığını söyləyib.
Azərbaycan Kikboksinq Federasiyanın prezidenti, deputat Adil Əliyev idmançılarımızın beynəlxalq arenada əldə etdikləri uğurlardan danışıb. O, Azərbaycanın mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Hitosi Kasuya idmanın bu növünün ölkəmizdə inkişafından məmnunluğunu ifadə edib. Bildirib ki, son 10 ildə azərbaycanlı atletlərin qazandıqları uğurlar ölkədə idmanın inkişafının nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada həm də peşəkar idmançıları ilə tanınır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hitosi_Kasuya_Azerbaycan_dunyada_hem_de_pesekar_idmanchilari_ile_taninir-911409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR