Niderlandda Dağlıq Qarabağ münaqişəsi haqqında veriliş

Niderlandda Dağlıq Qarabağ münaqişəsi haqqında veriliş
16:28 15 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Niderlandın "VPRO 1" yayım kanalı son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş silahlı toqquşmalara həsr edilmiş veriliş göstərib.

Verilişdə Azərbaycan hərbi mənbələrinə istinad edilərək bildirilir ki, Azərbaycanın separatçı Dağlıq Qarabağ regionunda vəziyyət kəskinləşib və hərbçilər arasında ölüm halları var.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Vaqif Dərgahlının çıxışından sitat gətirilərək qeyd edilir ki, Ermənistan hərbi birləşmələri cəbhə xətti boyunca yerləşən dinc Azərbaycan kəndlərini iriçaplı silahlarla atəşə tutur. Diqqətə çatdırılıb ki, bu vəziyyət cəbhədə vəziyyətin pisləşməsinə gətirib çıxarıb.

Süjetdə, həmçinin deyilir ki, Dağlıq Qarabağ 1994-cü ildə total müharibə nəticəsində Ermənistan tərəfindən işğal edilmiş, Azərbaycana məxsus separatçı regiondur.

Tanklardan istifadə edilmə ehtimalı barədə sualı cavablandıran V.Dərgahlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri vəziyyətdən asılı olaraq müxtəlif çaplı silahlardan istifadə edir.

"Baku Network" ekspert qrupu

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2469801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR