Frontex: "Bu il Aİ sərhədlərini 1,55 milyon miqrant keçib"

Frontex: "Bu il Aİ sərhədlərini 1,55 milyon miqrant keçib"
16:52 15 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin ilk 11 ayı ərzində Avropa İttifaqının sərhədlərini qanunsuz şəkildə keçən miqrantların sayı 1,55 milyon nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici sərhədlərin təhlükəsizliyi üzrə agentliyi olan "Frontex"in statistikasında məlumat verilib.
Bu ilin noyabr ayında Avropa İttifaqının sərhədlərini 269 min miqrant qanunsuz şəkildə keçib. 2014-cü ildə isə bütöv il ərzində bu rəqəm 283 min olub.
Qeyd olunur ki, miqrantların axını azalıb və bu, çox güman hava şəraitinin pisləşməsi ilə əlaqədardır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR