Kəmaləddin Heydərov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

Kəmaləddin Heydərov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
16:53 15 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 15-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Brukla görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, K.Heydərov BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə A.Bruku təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazirliklə məhsuldar əməkdaşlığa görə qonağa təşəkkür edib.

A.Bruk səmimi görüşə və xoş sözlərə görə təşəkkürünü bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin FHN ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR