Fransa polisi iki nəfəri terrorçuya kömək etməkdə şübhəli bilərək saxlayıb

Fransa polisi iki nəfəri terrorçuya kömək etməkdə şübhəli bilərək saxlayıb
16:57 15 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Fransa polisi iki nəfəri yanvar ayında Parisdə və şəhər ətrafında 5 nəfəri öldürmüş Amedi Kulibaliyə kömək etməkdə şübhəli bilərək saxlayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, adları açıqlanmayan bir kişi və bir qadın Fransanın şimalında nəzarət altına alınıb.
Bu terror aktının istintaqının gedişində indiyə qədər 22-33 yaş arası 7 nəfər saxlanılıb. Onların hamısı Kulibaliyə "maddi-texniki" yardım göstərməkdə şübhəli bilinir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/fransa-polisi-iki-neferi-terrorcuya-komek-etmekde-subheli-bilerek-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR