Nazirlikdə işə düzəlmək üçün 1200 manat verdi

Nazirlikdə işə düzəlmək üçün 1200 manat verdi
16:59 15 Dekabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dələduzluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, polisə müraciət edən 1990-cı il təvəllüdlü, Xətai rayon sakini Ağayev Ehtiram Əliağa oğlu bildirib ki, tanışı onun xeyli pulunu mənimsəyib.

 

E.Ağayev qeyd edib ki, nazirliklərdən birində işə düzəlmək üçün bu il aprelin 15-də metronun "İçərişəhər" stansiyasının qarşısında Hüseynov Xəqani Oqtay oğluna 1200 manat verib. Həmin şəxs 25 yaşlı oğlana verdiyi vədə əməl etməyib və aldığı pulu geri qaytarmayıb.

 

Müraciət əsasında araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR