Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı əlaqələndiricisi ilə görüşüb

Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı əlaqələndiricisi ilə görüşüb
17:09 15 Dekabr 2015
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbycanda rezident əlaqələndiricisi Antonius Broek ilə görüşüb.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, nazir Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə Antonius Broeki təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazirliklə məhsuldar əməkdaşlığa görə qonağa təşəkkür edib.

Antonius Broek səmimi görüşə və xoş sözlərə görə təşəkkürünü bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR