MOİK-də daha bir təyinat rəsmiləşib

MOİK-də daha bir təyinat rəsmiləşib
17:18 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan birinci divizionunda mübarizə aparan MOİK-də daha bir təyinat rəsmiləşib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ramil Əliyev bundan sonra vitse-prezident vəzifəsində çalışacaq.
O, əvvəllər “hərbçilər”in baş məşqçisi olub, sonradan Premyer Liqada çalışan ən gənc mütəxəssis kimi Azərbaycanın futbol tarixinə düşüb. R.Əliyev MOİK-i baş məşqçi kimi iki dəfə Premyer Liqaya çıxarıb. O, 2007/2008 və 2009/2010-cu il mövsümlərinin yekunlarına görə, ordu klubunu elitaya daşıyıb.
Qeyd edək ki, Ramil Əliyev MOİK-dən başqa müxtəlif dövrlərdə iki dəfə “Rəvan”da çalışıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MOIK_de_daha_bir_teyinat_resmilesib-911441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR