Joze Mourinyo: "Mənə xəyanət etdilər" (VİDEO,FOTO)

Joze Mourinyo: "Mənə xəyanət etdilər" (VİDEO,FOTO)
17:21 15 Dekabr 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

Qalmaqallı portuqaliyalı baş məşqçi Joze Mourinyo oyunçuları sərt tənqid edib.

ANS PRESS-in məlumatına görə, “Çelsi”nin baş məşqçisi Joze Mourinyo mətbuat konfrasında futbolçular onun işinə xəyanət etdiklərini deyib.

Məşqçinin sözlərinə görə, futbolçular matçda məşqdəki kimi oynamırlar.

“Mənim ən yaxşı cəhətim odur ki, rəqibimin güclü və zəif yerini öyrənib bunu oyunçularıma deyirəm. Mən iki qol buraxdığımız üçün çox məyus oluram. Çünki bu mənim işimə xəyanətdir”.

Mütəxəssis bildirib ki, bu oyuna o xüsusi hazırlaşıb:

“Mən bu oyuna xüsusi olaraq 4 gün çalışmışdım. Rəqibə qarşı çox ciddi hazırlaşmışdım. Mən onların 4 kombinasiyasını təyin etdim. 2 qolu onlar mənim dediyim şəkildə vura bildilər".


"Lester"in məhsuldar kombinasiyası.


"Lester Siti" - "Çelsi" 2-1

İngiltərə çempionatının XVI turunda "Lester Siti" "Çelsi"ni 2:1 hesabı ilə qalib gəlib. Bu qələbəylə “Lester” mövqeyini qoruyub. “Çelsi” isə daha iki pillə geriləyərək, 16-cı yerə düşüb.


Mahrez "Çelsi"nin qapısına 2-ci qolu vurur.


İngiltərə çempionatının XVI turundan sonra turnir cədvəli.

İngiltərənin Çempionatı 12 dekabrda XVI tura start verib. "Mançester Yunayted" fiaskoya uğrayaraq səfərdə "Bornmut"a məğlub olub

12 dekabr
“Norviç” – “Everton” - 1:1
Qollar: Hulahan, 47 - Lukaku, 15

“Kristal Pelas” – “Sauthempton” - 1:0
Qol: Kabaye, 38

“Mançester Siti” – “Suonsi” - 2:1
Qol: Boni, 26, İaneço, 90+2 - Qomis, 90

“Sanderlend” – “Uotford” - 0:1
Qol: İqalo, 4

“Vest Hem” – “Stok Siti” - 0:0

“Bornmut” – “Mançester Yunayted” - 2:1
Qollar: Stanislas, 2, Kinq, 54 - Fellaini, 24

13 dekabr
“Aston Villa” – “Arsenal” - 0:2
Qollar: Jiru, 8, Remsi, 38

“Liverpul” – “Vest Bromviç” - 2:2
Qollar: Henderson, 21, Origi, 90+6 - Dauson, 30, Ollson, 73

“Tottenhem” – “Nyukasl” - 1:2
Qollar: Dayer, 39 - Mitroviç, 74, Perez, 90+3

14 dekabr
“Lester” – “Çelsi” – 2:1
Qollar: Vardi, 46, Mahrez, 51 – Remi, 77

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR