​Ermənistanda ömürlük məhbusların aclıq aksiyası davam edir

​Ermənistanda ömürlük məhbusların aclıq aksiyası davam edir
17:27 15 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Yerevanda "Nubaraşen" həbsxanasında ömürlük həbs cəzası çəkən 28 məhbusun aclıq aksiyası davam edir.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Qor Qleçyan bildirib.
O qeyd edib ki, məbhuslar dekabrın 14-dən aclıq aksiyası keçirməyə başlayıblar. Q.Qleçyanın sözlərinə görə, aksiya iştirakçlarının səhhəti qənaətbəxşdir.
Məhbuslar vaxtından əvvəl azadlığa buraxılmaqla bağlı Ermənistan prezidentinə müraciət ediblər və müraciəti Ədliyyə Nazirliyinə yollayıblar. Onların müraciətinə hələ də cavab verilməyib. 
Məlumatda bildirilib ki, məhbuslar cinayət işləri ilə bağlı etdikləri müraciətə cavab gözləməkdən bezdikləri üçün etiraz aksiyasını bərpa etməyə məcbur olublar.
Ermənistan KİV-in yazdığına görə, aclıq aksiya keçirən məhbusların sayı 40 nəfərdir.
Qeyd edək ki, bu il sentyabrın 15-də də onlar həmin tələblə aclıq aksiyası keçirmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistanda-omurluk-mehbuslarin-acliq-aksiyasi-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR