Bu ilin ilk 10 ayında 10 mindən çox boşanma halı qeydə alınıb

17:32 15 Dekabr 2015
10 Sosial
Ölkə mətbuatı
A- A+

Doğulan körpələrin 53,3 faizini oğlan, 46,7 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2 516-sı əkiz, 72-si isə üçəmdir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 10 ayı ərzində 45,5 min ölüm halı qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.
Bundan başqa, qeydiyyat şöbələri tərəfindən ölkədə 58,3 min nikah və 10,7 min boşanma halları qeydə alınıb, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 təşkil edib.
Eyni zamanda, bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2 263 nəfər gələn və 950 nəfər ölkədən gedən qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR