BMT-nin Azərbaycan nümayəndəliyi Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlıq edir

BMT-nin Azərbaycan nümayəndəliyi Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlıq edir
17:38 15 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov BMT-nin ölkəmizdə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə Antonius Broeki təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir FHN ilə məhsuldar əməkdaşlığa görə rəhbərlik etdiyi kollektiv adından qonağa təşəkkürünü bildirib.
Antonius Broek görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR