Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb

Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb
17:42 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov “Farhause” neon ev muzeyi açıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlər şöbəsindən "Report"a verilən məlumata görə, Novxanı qəsəbəsində yerləşən unikal neon ev muzeyi “Farhause” iki mərtəbədən ibarətdir. 
Məlumata görə, ev sahibi və bütün bunların yaradıcısı da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada Fərid Ələkbərovun öz işlərindən başqa onun dostlarının və həmkarlarının işləri nümayiş olunur. Elə bu da “Farhouse”un spesifik xüsusiyyətlərindəndir – o, özlüyündə bir növ art-xoldinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri – heykəltaraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.
F.Ələkbərovun istifadə elədiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel – mistik və hədsiz gözəl reallığa qərq olsun.
Qeyd edək ki, Neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illuziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.






Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanda-farhause-neon-ev-muzeyi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR